"Şalke 04" "Hoffenhaym"ın yetirməsi Kerim Çalhanoğlunu heyətində qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özünün "Instagram" hesabında məlumat verib. Almaniya mətbuatı türk oyunçu ilə 4 illik müqavilə imzalandığını yazıb.
Kerim Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun əmisi oğludu. Gənc oyunçu bu mövsüm Bundesliqa klublarının U-19 komandalarının çıxış etdiyi çempionatda 18 görüşə çıxıb. O, 2 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol