Huanma Lilyo yaxın günlərdə rəsmən "Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın köməkçisi təyin olunacaq.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, Lilyo artıq "Tsindao Xuanxay"ın baş məşqçi postunu tərk edib və "Siti" ilə müqavilə imzalamaq üçün Mançesterə yollanıb. Sözləşmənin 1 illik olacağı bildirilir.
Quardiola ispan mütəxəssisi mentorlarından biri hesab edir. Pep futbolçu kimi karyerasının son mövsümünü məhz Lilyonun rəhbərliyi altında "Dorados"da keçirib.
Cari mövsümün gedişində Quardiolanın köməkçi-məşqçisi Mikel Arteta "Siti"dən ayrılmış və "Arsenal"ın başına keçmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol