"Yuventus" "Roma"nın yarımmüdafiəçisi Nikolo Zanyolonu heyətinə qatmaq istəyir.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuve" Zanyolo qarşılığında Daniele Ruqani və Federiko Bernardeskini "Roma"ya göndərməyə hazırdı. "Canavarlar"ın isə "qoca sinyora"dan birbaşa 60 milyon avro tələb etdiyi bildirilir.
Cari mövsümdə 24 matçda meydana çıxan 20 yaşlı futbolçunun aktivində 6 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol