İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində 21 iyunda keçirilməli olan "Everton" - "Liverpul" görüşünün məkanı dəyişdirilməyib.
Fanat.Az "Everton"un saytına istinadən xəbər verir ki, Liverpul derbisi "Qudison Park"da keçiriləcək. Klublar, şəhbər rəhbərliyi, Mersisayd polisi və azarkeş qruplarının nümayəndələri arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
Daha öncə təhlükəsizlik məsələləri səbəbindən "Everton" - "Liverpul" matçının "Sauthempton"a məxsus "Sent-Meris" stadionunda oynanılacağına dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol