Dortmund "Borussiya"sının hücumameyilli yarımmüdafiəçisi Marko Roys zədəsini bərpa edib.
Fanat.Az "Borussiya"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Roys bu gün komanda ilə birlikdə məşq edib. 31 yaşlı futbolçu budunun adduktor məzələsindəki zədə səbəbindən fevral ayından bəri yaşıl meydanlardan uzaq düşmüşdü. Onun mövsümün tamamını qaçıracağı gözlənilirdi.
Bu həftə, Roysda vətəri yırtığı olduğu, əməliyyata ehtiyac yarandığı, lakin "sarı-qaralar"ın bu barədə məlumatı ictimaiyyətdən gizlətdiyinə dair xəbərlər yayılmışdı.
Alman oyunçu "Borussiya"da çıxış etdiyi 8 il ərzində müxtəlif zədələrlə əlaqədar olaraq toplam 981 gün futboldan uzaq düşüb.
Cari mövsümdə Bundesliqada 19 matçda meydana çıxan Roysun aktivində 11 qol, 5 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol