Tiaqu Silva mövsümün sonunda PSJ-dən ayrılacaq.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Silva karyerasını Avropada davam etdirmək niyyətindədi. 35 yaşlı futbolçu minimum iki il yüksək səviyyəli klublardan birində çıxış etməyi planlaşdırır. Silva DÇ-2022-də oynamaq şansını itirmək istəmir.
Braziliyalı oyunçunun müqaviləsi bu ilin iyun ayında başa çatır. PSJ onunla sözləşmə yeniləməyəcək.
"Everton" və "Fənərbağça" Tiaqunun xidmətində maraqlıdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol