İyulun 7-nə kimi istənilən klub 111 milyon avro dəyərində olan təzminat məbləğini ödəyərək "İnter"in hücumçusu Lautaro Martinesi heyətinə qata bilər. 22 yaşlı oyunçu uğrunda mübarizədə "Barselona" favoritdi.
Fanat.Az AS-a istinadən xəbər verir ki, "Barselona" Martinesin təzminatını ödəmək niyyətində deyil. "Katalonlar"ın transfer büdcəsi bunun üçün kifayət etmir.
Lakin rəhbərlik keçiddən birbaşa imtina etməyi də planlaşdırmır. "Barsa" "İnter"ə ödənişlə yanaşı, bir neçə futbolçusunu təklif etməklə transferi reallaşdırmaq istəyir.
"Blauqrana" koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan böhran dönəmində oyunçuların qiymətlərinin aşağı düşəcəyinə inandığından, indilik gözləmə mövqeyindədi. Bununla yanaşı, Martinesin "Barselona"da oynamaq istəməsi də rəhbərliyi ümidləndirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol