Almaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Bavariya" və Frankfurt "Ayntraxt"ı üz-üzə gəlib. Oyunda hesabda 14-cü dəqiqədə açılıb. İvan Perişiç fərqlənib. İkinci hissənin ortalarında "Ayntraxt" Danni da Kostanın qolu sayəsində oyuna tarazlıq gətirib. Lakin çox keçmədən "münhenlilər" qələbə qolunu vura biliblər. 74-cü dəqiqədə rəqib qapısına yol tapan Robert Levandovski "Bavariya"nın 2:1 hesablı qələbəsini təmin edib.
Almaniya Kuboku
Yarımfinal
"Bavariya" - "Ayntraxt" (Frankfurt) - 2:1
Qollar: Perişiç (14), Levandovski (74) - D. da Kosta (69)
"Bavariya" Almaniya Kubokunun finalında "Bayer"lə qarşılaşacaq. Həlledici görüş iyulun 4-də keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol