"Barselona"nın yarımmüdafiəçisi Karles Alenya karyerasını İngiltərə Premyer Liqasında davam etdirməkdən imtina edib.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, İPL-də çıxış edən, adı açıqlanmayan klub Alenyaya görə 25 milyon avro təklif edib. 22 yaşlı futbolçu təklifə qarşı çıxıb. Alenya "Barselona"da şans qazanacağına ümid edir.
2020-ci ilin qışında katalon klubu ispan oyunçunu "Betis"ə icarəyə göndərmişdi. Sevilya klubunun heyətində 10 matçda meydana çıxan Alenya 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol