"Layptsiq"in hücumçusu Timo Verner karyerasını "Çelsi"də davam etdirəcək. Tərəflər arasında bütün detallar razılaşdırılıb.
Fanat.Az jurnalist Rafael Honiqştayna istinadən xəbər verir ki, keçidin rəsmən açıqlanmamasının səbəbi Vernerin tibbi yoxlanışdan keçməməsidi. 24 yaşlı futbolçu Bundesliqanın koronavirusla bağlı tərtib etdiyi protokol qaydalarına görə ölkəni tərk edib, İngiltərəyə yollana bilməz. "Çelsi" tərəfi də Almaniyaya uça bilmir, çünki rəsmilər geri qayıtdıqdan sonra 14 gün karantində qalmalı olacaqlar.
"Zadəganlar"ın Almaniyada futbol mövsümünün bitməsini gözləyəcəyi bildirilir.
Cari mövsümdə Bundesliqada 30 matçda meydana çıxan Vernerin aktivində 25 qol, 8 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol