Bu gün İtaliya Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, "Napoli" "İnter"i qəbul edəcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü Daniele Doveri idarə edəcək. "Napoli" ilk oyunda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
İtaliya Kuboku
Yarımfinal (cavab oyunu)
23:00. "Napoli" - "İnter"
Baş hakim: Daniele Doveri
"San-Paolo" stadionu, Neapol
İlk oyun - 1:0
Qeyd edək ki, səfər qolu hesabına "Milan"ı mübarizədən kənarlaşdıran "Yuventus" finala yüksəlib. Həlledici oyun 17 iyunda keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol