"Real"ın vingeri Lukas Vaskes La Liqanın 28-ci turu çərçivəsində "Eybar"la oynanılacaq matçda iştirak edə bilməcəyək.
Fanat.Az AS-a istinadən xəbər verir ki, ispan futbolçu məşqdə zədələnib. Onun bərpa prosesi barədə indilik rəsmi məlumat yoxdu.
Vaskes cari mövsümdə 18 matçda meydana çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Real" - "Eybar" oyunu sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol