İtaliya kubokunda finalçıların adlarına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bu gün "Napoli” "İnter”i qəbul edib.
Səfərdə minimal hesabla qələbə qazanan Neapol təmsilçisi doğma meydanda qollu heç-heçəyə razılaşıb.
Bu nəticə ilə finala yüksələn "Napoli” yarımfinalda "Milan"ı mübarizədən kənarlaşdıran "Yuventus”la üz-üzə gələcək. Həlledici görüş iyunun 17-də baş tutacaq.
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
13 iyun
Napoli – İnter 1:1 (ilk oyun 1:0)
Qollar: Mertens, 41 – Eriksen, 2.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol