Baş məşqçi Tomas Tuhel yeni mövsümdə də PSJ-nin başında olacaq.
Fanat.Az "Le Journal du Dimanche"yə istinadən xəbər verir ki, bu barədə PSJ-nin idman direktoru Leonardo məlumat verib:
"Tuhelin müqaviləsinin bitməsinə hələ bir il var. O, növbəti mövsüm də PSJ-də olacaq. Tomas əla iş ortaya qoyub və yaxşı nəticələr qazanıb. Müqavilənin uzadılmasını daha sonra nəzərdən keçirəcəyik, hər şeyin öz vaxtı var".
Alman mütəxəssis 2018-ci ildən Paris klubunu çalışdırır. PSJ cari mövsümdə yarımçıq dayandırılmış Fransa Liqa 1-in çempionu elan edilib. Komanda Çempionlar Liqasında 1/4 finala yüksəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol