PSJ komandadan ayrılacaq Tiaqu Silvanın əvəzedicisinin axtarışlarına başlayıb.
Fanat.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, PSJ-nin əsas transfer hədəfi "Bavariya"nın müdafiəçisi Lukas Ernandesdi. Paris təmsilçisi artıq fransız futbolçunun ətrafı ilə əlaqə saxlayıb.
"Bavariya" Ernandesi ötən yay 80 milyon avro qarşılığında "Atletiko"dan transfer etmişdi. 24 yaşlı oyunçu cari mövsümdə Bundesliqada 16 matçda meydana çıxıb.
Daha öncə Lukasın qardaşı Teo Ernandesin ("Milan") adı PSJ ilə birlikdə hallanırdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol