Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasında - FOTO/VİDEO
Rusiyanın "Ural” klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Ural" David Qarayevlə müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçinin sözləşmə detalları açıqlanmayıb.
Qeyd edək ki, David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib (5 oyun). Onun son klubu "Kamaz” olub (39 oyun, 19 qol).
David Qarayev əvvəllər Rusiyanın "Qubkin", "SKA-Energiya" (Xabarovsk), "TSK Simferopol", "Nefteximik", "Torpedo" (Armavir), "Spartak" (Vladiqafqaz), SKA (Rostov-on-Don), "Ximki" və "Olimp" (Ximki" klublarında çıxış edib.