"Latsio"un hücumçusu Çiro İmmobile karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Nyukasl" İmmobilenin xidmətində maraqlıdı. Klubu satın alacağı gözlənilən Səudiyyə Ərəbistanından olan sərmayə fondu 30 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı.
"Sağsağanlar" İmmobileyə 5 illik müqavilə və vergilər çıxılmaqla illik 8 milyon avro maaş təklif edib. İtaliyalı forvardın "Latsio" ilə müqaviləsi 2023-cü ildə başa çatır.
26 turdan sonra aktivində 27 qol olan İmmobile İtaliya A Seriyasının bombardiridi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol