"Çelsi"nin cinah müdafiəçisi Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, "Yuventus" və "İnter" Alonsonun transferində maraqlıdılar. Sözügedən klubların baş məşqçiləri - Mauritsio Sarri və Antonio Konte daha öncə ispan futbolçu ilə birlikdə işləyiblər.
29 yaşlı oyunçu 2013-2016-cı illər aralığında A Seriyasında "Fiorentina" forması geyinib.
Cari mövsümdə 20 matçda meydana çıxan Alonso 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol