Florin Andone "Qalatasaray”dan gedib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı rumın forvard qərarını "Instagram"da açıqlayıb.
İstanbul təmsilçisi ilə vidalaşan Andone, "sarı-qırmızılılar"a istədiyi faydanı verə bilməməsindən təəssüfləndiyini vurğulayıb, kluba və azarkeşlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən həftə Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində baş tutan "Rizəspor"la səfər oyununda (0:2) dizindən zədə alan Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. O, ötən yay İngiltərənin "Brayton" klubundan 1 illik icarəyə götürülmüşdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol