Madrid "Real”ı müdafiəçisi Xavi Sançeslə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını "Valyadolid”də davam etdirəcək. Bu barədə "kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Transferin dəyəri açıqlanmasa da, İspaniya mətbuatı "Valyadolid”in Sançes üçün "Real”a 3 milyon avro ödədiyini bildirib.
Sançes ötən ilin yayından icarə əsasında "Valyadolid”də çıxış edirdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol