Türkiyə Kubokunda ilk finalçının adı bəlli olub.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbağça" "Trabzonspor"u qəbul edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da 2:1 hesabı ilə qalib gələn "Trabzonspor" finala yüksəlib.
"Fənərbaxça" - "Trabzonspor - 1:3
Qollar: Turuc, 42 - Sorlot, 6, 83; Novak, 90+5
"Trabzonspor" finalda "Alanyaspor” - "Antalyaspor” duelinin qalibi ilə üz-üzə gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol