"Barselona"nın hücumçusu Lionel Messi "Leqanes"lə oyunda (2:0) da fərqlənməyə imkan tapıb. Leo ikinci hissədə penaltini qola çevirib.
Fanat.Az xəbər verir ki, bu, Messinin karyerası ərzində vurduğu 699-cu (629 qol "Barselona"da, 70 qol Argentina millisində) qoldu.
Argentinalı futbolçu La Liqada 56-cı dəfə penaltidən fərqlənib. Beləliklə, o, Uqo Sançesi qabaqlayaraq sözügedən göstərici üzrə ikinci sıraya yüksəlib. Leo yalnız Kriştianu Ronaldudan (61 penalti qolu) geri qalır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol