"Bolonya" baş məşqçi Sinişa Mihayloviçin müqaviləsini yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Mihayloviçin sözləşməsi bir il müddətinə uzadılıb. 51 yaşlı mütəxəssis 2019-cu ilin əvvəllərindən "Bolonya"nı çalışdırır. Onun əvvəlki müqaviləsi 2022-ci ildə başa çatırdı.
Mihayloviç leykemiyadan əziyyət çəkir.
26 turdan sonra "Bolonya" İtaliya A Seriyasında 10-cu sırada qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol