"Krasnodar"ın qapıçısı Stanislav Kritsyuk karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, "Beşiktaş" Kritsyukun xidmətində maraqlıdı. İstanbul klubunun rəhbərliyi komandadan ayrılan Loris Kariusun yerini rus qolkiperlə doldurmaq niyyətindədi.
"Beşiktaş"ın artıq Kritsyukla əlaqə saxladığı və danışıqların gedişində irəliləyişlərin əldə olunduğu bildirilir.
Daha əvvəl 29 yaşlı qapıçının mövsümün sonunda "Krasnodar"ı tərk edəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol