"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Arsenal"la oyundan (3:0) sonra irqçiliklə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Quardiola cəmiyyətin qaradərililərə qarşı münasibətinə görə utanc hissi keçirdiyini bildirib:
"Son 400 il ərzindəki rəftarımıza görə qaradərililərdən üzr istəməliyik. Bundan utanıram".
Oyundan öncə "Mançester Siti" və "Arsenal" futbolçuları #BlackLivesMatter ("Qaradərililərin həyatı önəm kəsb edir") hərəkatına dəstək veriblər. Onlar mərkəz dairə yaxınlığında diz çökərək Corc Floydun xatirəsini yad ediblər.
Qeyd edək ki, mayın 25-də ABŞ-ın Minneapolis şəhərində Corc Floyd adlı afroamerikalı polisin müdaxiləsindən sonra dünyasını dəyişmişdi. Bundan sonra ölkənin 20-dən çox ştatında etirazlar başlayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol