"Bavariya"nın müdafiəçisi David Alaba Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində sabah "Frayburq"la oynanılacaq matçı qaçıracaq.
Fanat.Az "Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, bu barədə məlumatı baş məşqçi Hans-Diter Flik təsdiqləyib. Alabanın topuğunda ağrılar var.
"Bavariya" sona iki tur qalmış ardıcıl 8-ci, ümumilikdə isə 30-cu Almaniya çempionluğunu rəsmiləşdirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol