"Arsenal" Mesut Özillə yolları ayırmaq niyyətindədi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Arsenal" rəhbərliyi "maaş yükü"nü azaltmaq və heyəti gücləndirmək üçün vəsait əldə etmək məqsədi ilə Mesut Özili satmaq qərarına gəlib.
Bununla belə, 31 yaşlı futbolçu komandanı tərk etmək istəmir. Özil 2021-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləsinin sonuna kimi "Arsenal"da qalmaq niyyətindədi.
Mesut "topçular"ın ən çox maaş alan futbolçusudu. Türk əsilli oyunçu həftəsinə 350 min funt qazanır.
Cari mövsümdə Özil 23 matçda meydana çıxıb və 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol