"Liverpul"un keçmiş müdafiəçisi, hazırda televiziyada futbol mütəxəssisi kimi çalışan Ceymi Karraqer qolsuz bərabərliklə bitən Mersisayd derbisindən sonra "Everton" və komandanın baş məşqçisi Karlo Ançelotti haqqında fikirlərini bölüşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Karraqer məşqçilik baxımından Ançelotti və Yürqen Klopp arasında elə də böyük fərq olmadığını qeyd edib:
"Everton" yuxarı sıralar uğrunda mübarizə aparır. Bu səbəbdən Ançelotti kimi bir mütəxəssisi komandaya dəvət ediblər. Karlonun təyinatı irəliyə doğru atılmış böyük addımdı. Şübhəsiz ki, Ançelotti və Klopp bərabərsəviyyəli məşqçilərdi. Bu barədə müzakirə aparmağa ehtiyac yoxdu.
Sadəcə, komandanın hədəflərinə çatması üçün müəyyən oyunçulara ehtiyacı var. Onları cəlb etmək mümkün olacaqmı? Əsas məsələ budu. "İlk altılıq" uğrunda mübarizə aparmaq üçün "böyük pullar"a ehtiyac var.
Yeni stadionun açılışı "Everton" adına böyük hadisədi. Beləliklə, onlar top-oyunçuları komandaya cəlb edə və "ilk dördlük" üçün oynaya biləcəklər. Bəlkə də, hazırda bu, bir az mümkünsüz görünür, amma bir-iki il sonra vəziyyət dəyişəcək".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol