"Everton"un qolkiperi Marten Stekelenburq karyerasını "Ayaks"da davam etdirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Stekelenburqun müqaviləsi 1 illik olacaq. Sözləşmə avqustun 1-dən etibarən qüvvəyə minəcək.
37 yaşlı qapıçı 2016-cı ildən "Everton"da çıxış edirdi. O, cari mövsümdə meydana çıxmayıb.
Stekelenburq "Ayaks"ın yetirməsidi. Niderlandlı qolkiper 2001-2011-ci illər aralığında Amsterdam klubunun formasını geyinib, 2 dəfə (2003-04, 2010-11) Erediviziyanın, 3 dəfə (2005-06, 2006-07, 2009-10) isə ölkə kubokunun qalibi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol