Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand yaxın zamanlarda komandadan ayrılmaq niyyətində olmadığını bildirib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu "Funke" media-qrupa açıqlamasında qeyd edib:
"Gələcək haqda çox düşünmürəm, bu günümü yaşayan biriyəm. "Borussiya" dünyanın ən böyük klublarından biridi. Klubda yeniyəm və uzunmüddətli müqaviləm var. Ona görə də yaxın zamanlarda "Borussiya"nı tərk etmək kimi bir niyyətim yoxdu".
Holand 2020-ci ilin yanvar ayında 20 milyon avro qarşılığında "Zaltsburq"u "sarı-qaralar"a dəyişib. Cari mövsümdə Bundesliqada 14 matçda meydana çıxan norveçli forvard 13 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol