"Almeriya" baş məşqçi Qutini istefaya göndərib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Sequndanın 35-ci turu çərçivəsində "Alkorkon"la görüşdə qeydə alınan məğlubiyyətdən (0:1) sonra rəhbərlik bu yöndə qərar qəbul edib.
Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Almeriya" ikinci "Saraqosa"dan 5, lider "Kadis"dən isə 6 xal geri qalır. İlk iki sıranın sahibləri birbaşa La Liqaya vəsiqə qazanacaqlar. 3-6-cı pillələri tutan komandalar isə Primeroya "son bilet" uğrunda pley-off görüşləri keçirəcəklər.
Quti ötən ilin noyabr ayından "Almeriya"nı çalışdırırdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol