"Barselona"nın keçmiş hücumçusu Xristo Stoiçkov katalon klubunun sabiq məşqçisi Lui van Qalı tənqid edib.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Stoiçkov niderlandlı çalışdırıcını "axmaq" adlandırıb:
"Rikelmenin "Barselona"da oyunu niyə alınmadı? Çünki onun van Qal kimi axmaq məşqçisi var idi. Onun bəzi yaxşı işləri də var. Bununla belə, futbolda bir neçə nəfər onun axmaq əməllərinin qurbanı olub. Onlardan biri də mənəm. Bir dəfə paltardəyişmə otağına girdi və oyunda "kroyfizm"in çox olduğunu dedi. Mən də öz-özümə düşündüm: Yohan hara, sən hara? Aralarında böyük fərq var idi".
Van Qal 1997-2000 və 2002-2003-cü illər aralığında "Barselona"nı çalışdırıb. Stoiçkov isə 1990-1995 və 1996-1998-ci illərdə "blauqrana"nın formasını geyinib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol