"Lester"lə oyun ərəfəsində "Everton"un baş məşqçisi Karlo Ançelottinin onlayn mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, mətbuat konfransında Ançelottiyə komandadan ayrılan Lyuk Qarbatt haqqında sual ünvanlanıb. Jurnalistin "Qarbatt 11 il idi ki, "Everton"da çıxış edirdi. Niyə onu komandadan uzaqlaşdırdınız?" sualına cavabında italiyalı məşqçi ingilis futbolçunu tanımadığını bildirib.
Qarbattın transfer haqları 2011-ci ildən bəri "Everton"a məxsus idi. 27 yaşlı oyunçu karyerasının böyük hissəsini icarədə keçirib.