2020-ci ildə "Qızıl top" mükafatı sahibini tapmayacaq.
Fanat.Az xəbər verir ki, "France Football" 2020-ci ildə mükafatlandırma mərasiminin keçirilməyəcəyini açıqlayıb. Jurnal qərarını koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan müstəsna vəziyyətdə "Qızıl top"un təqdim edilməsi üçün ədalətli şəraitin olmaması ilə əlaqələndirib.
Sözügedən mükafat 1956-cı ildə təsis olunub. Tarixdə ilk dəfədi ki, "Qızıl top" sahibsiz qalacaq.
Fanat.Az