İtaliya A Seriyasının 36-cı turu çərçivəsində "Yuventus" "Sampdoriya"nı qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş ev sahiblərinin üstünlüyü şəraitində keçib. Ronaldu və Bernardeskinin qolları sayəsində 2:0 hesablı qələbə qazanan "Yuventus" son iki tur ərəfəsində xallarının sayını 83-ə çatdırıb. Beləliklə, ən yaxın izləyicisi "İnter"lə xal fərqi 7 olan "turinlilər" ardıcıl 9-cu, ümumlikdə isə 36-cı İtaliya çempionluğunu rəsmiləşdirib.
İtaliya A Seriyası
36-cı tur
"Yuventus" - "Sampdoriya" - 2:0
Qollar: Ronaldu (45+7), Bernardeski (67)
Fanat.Az