Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Fanat.az xəbər verir ki, ikinci oyun günündə daha 4 matç keçiriləcək.
Millimizin hücumçusu Renat Dadaşovun komandası İngiltərə "Vulverhempton"u Yunanıstan təmsilçisi "Olimpiakos"u qəbul edəcək.
Gecənin digər görüşlərində "Bayer" "Reyncers"lə, "Sevilya" "Roma" ilə, "Bazel" isə "Ayntraxt"la qarşılaşacaq.
Qeyd edək ki, dünən "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanıb.
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
6 avqust
20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1
20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
İlk oyun keçirilməyib
23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)
İlk oyun - 3:0
23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1
Fanat.az