Bu gün Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin ilk günündə iki qarşılaşma baş tutub.
"İnter" öz meydanında təşkilatçı ölkənin yeganə təmsilçisi "Bayer”i qəbul edib və əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib. "Mançester Yunayted” isə Danimarka "Kopenhagen”i ilə 120 dəqiqə mübarizə aparıb. "Qırmızı şeytanlar" minimal hesablı zəfər sayəsində istəyinə çatıb.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı avqustun 11-də təşkil olunacaq.
Avropa Liqası, 1/4 final
10 avqust
"İnter” (İtaliya) – "Bayer” (Almaniya)
Qollar: Barella, 15, Lukaku, 21 - Haverts, 24
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. "Merkur Şpil Arena”
"Mançester Yunayted” (İngiltərə) – "Kopenhagen” (Danimarka) 1:0
Qol: Bruno Fernandeş, 94 -pen.
Baş hakim: Klemen Turpin (Fransa)
Köln. "Reyn Enerji” stadionu
Fanat.az