Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor" komandasına yeni baş məşqçi gətirilib.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Mehmet Altıparmakdan boş qalan post Ömər Erdoğana tapşırılıb. 43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis bunu qəbul etməyib.
Fanat.az