Çempionlar Liqasında 2019/2020 mövsümünün son həftəsinin ən yaxşı oyunçusunun kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, turnirin qalibi "Bavariya"nın qapıçısı Manuel Noyer ən yaxşı seçilib. Alman qolkiper səsvermədə komanda yoldaşlarını - Kinqsli Komanla Tiaqo Alkantaranı və PSJ-nin futbolçusu Markinyosu qabaqlayıb.
Fanat.Az