Bu gecə Çempionlar Liqasında (ÇL) 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Avropanın arenaları qitənin ən nüfuzlu klub turnirinin daha 11 matçına şahidlik edib.
"Qarabağ” Moldova "Şerif”i ilə üz-üzə gəlib. Daha öncə Şimali Makedoniya "Sileks”inə 4 cavabsız top vuran ağdamlılar "Şerif”i avrokuboklarda 3-cü dəfə yenib və növbəti mərhələyə adlayıb.
Mərhələnin reytinq baxımından ən güclüsü olan "Seltik” Macarıstanın "Ferentsvaroş” klubunu sınağa çəkib. Doğma meydanda uduzan Şotlandiya təmsilçisi ÇL-dən kənarda qalıb. "Alkmaar” isə öz meydanında Çexiya "Viktoriya”sı üzərində çətin qələbə qazanıb.
Rumıniya təmsilçisi ÇFR ilə Zaqreb "Dinamo”sunun dueli də dramatik alınıb. Dörd qolun qeydə alındığı bu matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya çempionu mərhələ adlayan tərəf olub.
"Makkabi” (Təl-Əviv), "Molde”, "Rapid”, "Midtyulland”, "Dinamo” (Brest), "Omoniya”, "Yanq Boyz” da ÇL-də yoluna davam edənlər sırasına qoşulub.
Qeyd edək ki, ilk oyun günündə PAOK Yunanıstanda "Beşiktaş”ı 3:1, "Srvena Zvezda” isə Albaniyada "Tirana”nı 1:0 hesabı ilə məğlub etmişdi.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
26 avqust
Alkmaar (Niderland) – Viktoriya (Çexiya) 3:1
Qollar: Kupmeyners, 90+5-pen. Qudmundsson, 98; 118 – Limberski, 78.
Qarabağ (Azərbaycan) – Şerif (Moldova) 2:1
Qollar: Matiç, 22-pen. Emreli, 63 – Velez, 78.
Suduva (Litva) – Makkabi (Təl-Əviv, İsrail) 0:3
Qollar: Rikan, 30. Blekman, 73. Davidzada, 90+2.
Çelye (Sloveniya) – Molde (Norveç) 1:2
Qollar: Lotriç, 38 – Hussain, 57. Xames, 74.
Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya) 0:1
Qol: Kara, 32.
Lüdoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka) 0:1
Qol: Brumado, 78.
Dinamo (Brest, Belarus) – Sarayevo (Bosniya və Herseqovina) 2:1
Qollar: Qordeyçuk, 3. Diallo, 49 – Dokanoviç, 34.
ÇFR (Rumıniya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:2 (penaltilər 5:6)
Qollar: Pereyra, 64. Debelju, 90+3 – Qoyak, 14. Kastrati, 78.
Legiya (Polşa) – Omoniya (Kipr) 0:2
Qollar: Qomes, 92-pen. Santos, 107.
Yanq Boyz (İsveçrə) – Klaksvik (Farer adaları) 3:1
Qollar: Nsame, 51. Süleymani, 57. Nqamaleu, 82 – Yohannesen, 79.
Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan) 1:2
Qollar: Kristi, 53 – Siqer, 7. Nquen, 75.
Fanat.Az