"Barselona"dan ayrılmaq qərarına gələn Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az RAC1-ə istinadən xəbər verir ki, 33 yaşlı ulduzun atası Jorj Messi "Mançester Siti" ilə danışıqlara başlayıb. Ata Messi bu məqsədlə Mançesterə yollanıb.
Məlumata görə, İngiltərə klubunun baş məşçisi Pep Qvardiola argentinalı ulduzla yenidən birlikdə çalışmaq istəyir və transfer danışıqlarında özü də iştirak edir. Messinin atası Mançester təmsilçisindən iki illik müqavilə tləb edib.
Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsindəki sərbəst qalma maddəsi 700 milyon avro olsa da, klubun onun üçün 100 milyon avro tələb etdiyi bildirilir.
Fanat.Az