İspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasında UEFA Super Kuboku uğrunda matç təxirə salına bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Buna səbəb oyuna meydan sahibi olan Macarıstanda koronavirusa yoluxmanın sürətlə artmasıdır. Buna görə ölkə rəhbərliyi sentyabrın 1-dən etibarən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.
Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir. Beləliklə, UEFA Super Kuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb.
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda İtaliya "İnter"indən güclü olub - 3:2.
Fanat.Az