"Sevilya” heyətinə yeni oyunçu qatıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub bu yay ilk transferini Madrid "Real”ından edib.
Belə ki, andalusiyalılar paytaxt klubunun 22 yaşlı yarımmüdafiəçisi Oskar Rodriqesi rənglərinə bağlayıb. İspan futbolçu ilə beş illik müqavilə imzalanıb.
"Real”ın əsas komandasında rəsmi matça çıxmayan Oskar son mövsümü icarə əsasında "Leqanes”də keçirib.
Fanat.Az