"Yuventus” Andrea Pirlonun baş məşqçiliyi altında ilk transferini həyata keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Şalke 04”ün yarımmüdafiəçisi Ueston MakKennini icarəyə götürüb.
"Yuventus" bu keçidə üçün Almaniya klubuna 4 milyon 500 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə görə, Turin klubu "Şalke 04”ə 18 milyon 500 min avro ödəyərsə, ABŞ millisinin 22 yaşlı futbolçusunu birdəfəlik transfer edə biləcək. Oyunçunun sözləşməsində əlavə 7 milyon avroluq bonus qazana biləcəyi haqda bənd də var.
Qeyd edək ki, Ueston MakKenni "Yuventus"un tarixinə düşüb. Belə ki, yarımüdafiəçi Turin klubunda oynayacaq ilk ABŞ vətəndaşı olacaq.
Onu da qeyd edək ki, 2016-cı ildən "Şalke 04"ün formasını geyinən Ueston MakKenni ötən mövsüm oynadığın 32 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az