Fransa yığmasının və "Marsel"in qapıçısı Stiv Mandandada koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu haqda Fransa Futbol Federasiyasının rəsmi saytında məlumat yer alıb. 35 yaşlı qolkiperin COVID-19 testi müsbət nəticələnib. Mandanda bu gün yığmanın toplanışını tərk edəcək. O, Millət Liqasında sentyabrın 5-də səfərdə İsveç, 3 gün sonra isə evdə Xorvatiya ilə matçı buraxacaq.
Mandanda Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
Fanat.Az