"Qarabağ"dan ayrılan Maqaye Qeyenin yeni klubu müəyyənləşib.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu karyerasını "Adanaspor"da davam etdirəcək. 30 yaşlı forvard 2015-2018-ci illərdə də bu klubda çıxış edib.
Qeyd edək ki, Qeye "Qarabağ"a ötən yay "Osmanlıspor"dan gəlmişdi. Futbolçu ötən mövsüm Ağdam klubunun heyətində meydana çıxdığı 28 oyunda 8 qol vurub.
Fanat.Az