PSJ-nin və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappedə koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Bu üzdən yığmanın heyətindən çıxarılan forvard öz evində karantinə alınıb.
PSJ-də daha öncə Mauro İkardi, Markinyos, Keylor Navas, Neymar, Anxel Di Mariya və Leandro Paredesdə də koronavirus aşkarlanmışdı. Fransa yığmasında isə qapıçı Stiv Mandanda koronavirusa yoluxduğu üçün millidən kənarlaşdırılmışdı.
Fanat.Az