Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi "Qalatasaray"da ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın hücumçularından Mbaye Dianye zədələnib. 29 yaşlı qasıq nahiyyəsindən xəsarət alıb. Senaqallı hücumçu məşqdə ağrı hiss edib və hazırlıq prosesini yarımçıq tərk etməli olub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
Fanat.Az