Türkiyənin "Ümraniyespor" klubunda kütləvi şəkildə koronavirusa yoluxma qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın 14 üzvündə aşkarlanıb. Onlardan 7-si futbolçu, 2-si məşqçi, 5-i isə klub işçisidir.
İstanbul təmsilçisi həmin şəxslərin adını açıqlamayıb. I Liqada çıxış edən komandada virusa yoluxanlar təcrid edilib.
Fanat.Az