Transfer çalışmalarını davam etdirən "Milan” "Bornmut”un qapıçısı Asmir Beqoviçi transfer etməyi qərarlaşdırıb.
Fanat.Az xəbər verir ki, öən mövsüm Beqoviçi icarə əsasında oynadan İtaliya klubu 33 yaşlı qolkiperə uzunmüddətli müqavilə təklif edib.
Milan şəhərinin eyniadlı təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü ilə 3 illik anlaşmaq istəyir. Yığmanın düşərgəsini tərk edərək "Bornmut”a qoşulacaq Beqoviç də İtaliyada oynamağa isti baxır. Premyer Liqa təmsilçisi müqavilə müddəti gələn ilin yayına qədər olan qolkiperin gedişinə ilkin razılıq verib.
Asmir ötən mövsümün ilk yarısını "Qarabağ”da keçirib.
Fanat.Az